Vüqar Həşimov Memorialı 2022

Dekabrın 17-dən 24-dək Bakıda dahi şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri keçiriləcək. On şahmatçının iştirakı ilə təşkil olunacaq turnir rapid və blits üzrə baş tutacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində keçiriləcək.

17-24 Dekabr, 2022
photo
 No  AD Fed Rapid Blitz Total
1 Şəhriyar Məmmədyarov (2740) AZE 8/18 12.5/18 20.5
2 Riçard Rapport (2740) ROU 8/18 12/18 20
3 Aydın Süleymanlı (2543)
AZE 6/18 5/18 11
4 Qukeş D (2725) IND 7/18 8/18 15
5 Rauf Məmmədov (2646) AZE 12/18 8.5/18 20.5
6 Nodirbek Abdusattorov (2713) UZB 14/18 11.5/18 25.5
7 Valeho Pons (2716) ESP 12/18 7.5/18 19.5
8 Abdulla Qədimbəyli (2524) AZE 7/18 5/18 12
9 Samuel Şenklend (2710) USA 6/18 11/18 17
10 Van Hao (2722) CHN 10/18 9/18 19

Canlı Oyunlar

Peşəkar şərhçilər ilə oyunların canlı yayımını yarış zaman izləyə bilərsiniz.

Canlı Bax

Vüqar Həşimov

Azərbaycanlı şahmat qrossmeysteri

Azərbaycanlı qrossmeyster Vüqar Həşimov ümumdünya şahmat tarixində ilk dəfə olaraq keçirilən Bakı Qran-prisi-2008-də, 1-ci mərhələdəki möhtəşəm qələbədən sonra gülümsəyərək deyib: "Mən qələbə qazanmaq üçün qayıtdım". Bu böyük, həqiqi sevinc yalnız şahmatdakı heyrətamiz qalibiyyətlə yox, həm də xəstəlik üzərində qələbəylə bağlı idi. Axı hələ uşaqlığında Vüqar Həşimova tibbi diaqnoz qoyulmuş və rəy verilmişdi: heç bir ciddi zehni gərginlikdən və şahmat mübarizəsindən söhbət gedə bilməzdi.

Daha ətraflı

photo

Məkan - Fairmont Baku

Fairmont Baku Flame Towers müasir qonaqpərvərliyin ən yaxşısını seçən səyahətçilərə əla təkliflərlə gəlir. 318 dəbdəbəli otaqlarımızdan və suitlərimizdən birində qalıb Xəzər dənizinə və şəhərə açılan mənzərədən zövq alaraq Fairmont Baku Flame Towers-in beşulduz standartlarını aşan möhtəşəm dizaynına özünüz şahidlik edcəcəksiniz. Otelimizdə Le Bistro restoranında yerli və Aralıq dənizi mətbəxindən tutmuş, Bar19-da heyrətamiz kokteyllərə qədər şəhərin ən ləzzətli yeməklərindən dada bilərsiniz. Oteldə yeni açılmış Carol Joy Spa isə ən ehtişamlı, müalicəvi prosedurların əsas məkanına çevirilib.

Daha Ətraflı

foto

Sponsorlar və Tərəfdaşlar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi

organizing partner