Xəbərlər
2022-12-22
Gövhər Beydullayeva: “Vugar Gashimov Memorial”ında böyük məmnuniyyətlə iştirak edərdim.

Artıq səkkizinci dəfədir ki, Vüqar Həşimovun xatirəsinə beynəlxalq turnir keçirilir. Yüksək rəqabət şəraitində keçən memorial, həm də çox maraqlı yarışdır. Burada dünyanın gənc ulduz şahmatçıları iştirak edirlər.

Turnirin mətbuat xidməti xəbər verir ki, bu sözləri 20 yaşadək şahmatçıların builki dünya çempionatının qalibi Gövhər Beydullayeva bildirib.

O, gənc şahmatçılarımız Abdulla Qədimbəyli və Aydın Süleymanlının belə nüfuzlu yarışda oynayıb təcrübələrini artırmalarının təqdirəlayiq hal olduğunu deyib. O, gənc şahmatçılara şans verdikləri üçün təşkilatçılara minnətdarlığını bildirib.

“Ümid edirəm ki, xatirə turnirində qadınlar da iştirak edəcəklər. Mən də bu yarışda böyük məmnuniyyətlə iştirak edərdim”, - deyə o, əlavə edib.