Serqey Karyagin
 Rusiya

Təvəllüd: 12.01.1990, FIDE Rapid: 2757, FIDE Blits: 2657

Sergey Karyakin 12 yaş 7 aylığında ən gənc qrossmeyster kimi  dünya şahmat tarixinə adını yazdırıb. 2012-ci ildə sürətli şahmat üzrə dünya çempionatında qızıl medal qazanan rusiyalı 3 il sonra dünya kuboku yarışlarının qalibi olub. 2016-ci ilin martında Sergey Karyakin iddiaçılar turnirində qələbə qazanmaqla şahmat tacı uğrunda mübarizə aparmaq hüququ əldə edib. Həmin ildə blits üzrə dünya birincilində fərqlənən qrossmeyster Ümumdünya Şahmat Olimpiadasının üçqat qalibidir.