Xəbərlər
2018-04-25
ShamkirChess 2018: Şahmatçılar yeniyetmələr üçün seans keçirdi

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları Şəmkirdə yerləşən Zəka Gənclər Mərkəzində yeniyetmələr və şahmat həvəskarları üçün seans keçirib.

Superturnirin mətbuat xidməti xəbər verir ki, yeniyetmə şahmatçılarla görüşdə həmyerlilərimiz Şəhriyar Məmmədyarovla Rauf Məmmədov, eləcə də dünya çempionu Maqnus Karlsen, Rusiya təmsilçisi Sergey Karyakin, Çexiya qrossmeysteri David Navara iştirak edib.


ShamkirChess2018 turnirinin mətbuat xidməti