News
2021-12-22
Aydın Qurbanov Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin oyunlarını izləyib

Bakıda görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq superturnir davam edir. 
Sayca yeddinci dəfə təşkil olunan turnirin dördüncü yarış günündə Aydın Qurbanov, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili, turnirin direktoru Anar Allahverdiyev və Vüqarın qardaşı Sərxan Həşimov şahmatçıların partiyalarını izləyiblər.
Sonda Aydın Qurbanov dünya şöhrətli qrossmeyster Şəhriyar Məmmədyarovla xatirə şəkli çəkdirib.