Xəbərlər
2022-12-22
“Vugar Gashimov Memorial-2022”: Blits yarışlarına start verilib.

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir davam edir.

Turnirdə blits yarışlarına start verilib.

Yarışda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, özbəkistanlı Nodirbek Abdusattorov, Rumıniya təmsilçisi Riçard Rapport, ABŞ idmançısı Semuel Şenklend, ispaniyalı Fransisko Valeho Pons, hindistanlı Qukeş Dommaracu və çinli Van Hao mübarizə aparırlar.

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub.