Vüqar Əsədli

 Azərbaycan

Təvəllüd: 18.05.1992, FIDE Rapid : 2309, FIDE Blits : 2386

Vüqar Əsədli 8 yaşında Avropa ikincisi olub, 12 yaşında Avropa kuboku yarışlarının qalibi, 13 yaşında rapid üzrə dünya çempionu adını qazanıb, blits üzrə dünya birinciliyini ikinci pillədə başa vurub. 2017-ci ildə beynəlxalq usta, iki il sonra isə qrossmeyster adına layiq görülüb. 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa çempionatında bürünc medal qazanıb. Vüqar Əsədli Azərbaycanın ən gənc və perspektivli şahmatçılarından biridir.