Rauf Məmmədov

Azərbaycan

Təvəllüd 26.04.1988, FIDE Rapid : 2690, FIDE Blits: 2686

Rauf Məmmədov 2004-cü ildə Dubayda keçirilən beynəlxalq turnirdə qələbə qazanmaqla qrossmeyster adına yiyələnib. O, müxtəlif illərdə (2009-cu, 2013-cü, 2017-ci) milli komandanın heyətində Avropa çempionu olub. Şahmatçımız 2009-cü ildə ABŞ-da keçirilən 16-cı kateqoriyalı SPİCE turnirində qızıl medal qazanıb. 2011-ci ildə “Corsica Masters”, 2015-ci ildə isə Minskdə təşkil olunan blits üzrə Avropa çempionatını birinci pillədə başa vurub. “Vüqar Həşimov” klubunun üzvü olan Rauf Məmmədov 2021-ci ildə klublararası Avropa çempionatında üçüncü olub.