News
“Vugar Gashimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur "Times" meydanında.

Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vugar Gashimov Memorial” növbəti uğura imza atıb.
Turnirin mətbuat xidməti xəbər verir ki, elit şahmatçıların iştirakı ilə təşkil olunan “Vugar Gashimov Memorial-2022”nin qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur "Times" meydanında nümayiş olunub. Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.
Qeyd edək ki, daha əvvəl “Vugar Gashimov Memorial-2022”nin posteri də "Times" meydanında nümayiş edilmişdi.